...

Latviya tərəfi Ermənistana silah göndərilməsini araşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2011 17:58
Latviya tərəfi Ermənistana silah göndərilməsini araşdırır.
Latviya tərəfi Ermənistana silah göndərilməsini araşdırır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Latviya tərəfi Ermənistana silah göndərilməsini araşdırır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda keçirdiyi mətbuat konfransında Baltik Assambleyasının vitse-prezidenti, Azərbaycanda səfərdə olan Latviya nümayəndə heyətinin rəhbəri Yanis Reise deyib.

Ermənistana silah satışına Latviyanın "Latspeceksports" şirkəti də cəlb olunub. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı GUAM Parlament Assambleyası və Baltik Assambleyasının Bakıda keçirilən "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransda çıxışında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsinin 2-ci katibi Elçin Hüseynli deyib.

XİN təmsilçisi konfransda iştirak edən Baltik Assambleyasına üzv olan parlamentarilərə müraciət edərək, onları bu məsələni araşdırmağı çağırıb.

Reise deyib ki, silah satışı fakt olarsa, ciddi nəticələri olacaq.

Latviya parlamentinin nümayəndəsi əlavə edib ki, ölkəsində silah satışı lisenziyalı fəaliyyətdir. Latviya nümayəndə heyəti ölkəsinin Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən Ermənistana silah satışı ilə bağlı MN-dən heç bir şirkətin lisenziya almadığı bildirilib.

Xəbər lenti

Xəbər lenti