Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Hacıyev/
Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 11-də saat 12:30-dan 13:20-dək Ermənistanın Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 12:40-dan 12:42-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, oktyabrın 12-də saat 01:30-dan 01:45-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub
Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.