...

Elnur Aslanov: Ermənistanın istənilən dövlətdən silah alması regionda böyük destabilizasiya faktorudur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2011 11:41 (UTC +04:00)
Ermənistanın istənilən dövlətdən silah alması regionda böyük destabilizasiya faktorudur.
Elnur Aslanov: Ermənistanın istənilən dövlətdən silah alması regionda böyük destabilizasiya faktorudur

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənistanın istənilən dövlətdən silah alması regionda böyük destabilizasiya faktorudur. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

"Ermənistanın istər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, istərsə də regionda apardığı siyasət bir daha onun bölgədə qeyri-konstruktiv faktor olmasını göstərir və destruktiv rol oynayan ölkə olduğunu ortaya qoyur", - Aslanov əlavə edib.

PA rəsmisi bildirib ki, istənilən silah alışı bölgədə sülh və sabitliyin bərqərar olmasına şərait yaratmır, əksinə, maneələr törədir.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı götürülən öhdəlikdən artıq silahlanmada suçlayır.

Bu gün Ermənistan Silahlı Qüvvələrində 48 884, Dağlıq Qarabağda isə 45 min şəxsi heyət var. Bu bir yerdə 93 min nəfərdən çoxdur. Azərbaycan isə 1992-ci ildə üzərinə götürdüyü öhdəliyə əsasən, 70 min şəxsi heyət saxlayır.

Xəbər lenti

Xəbər lenti