...

BQXK-nın nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2012 14:27 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə - 3 hərbi əsirə və 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər.
BQXK-nın nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə - 3 hərbi əsirə və 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, başçəkmə zamanı saxlanılanlara 4 "Qızıl Xaç" məktubu çatdırılıb, onlardan isə 3 "Qızıl Xaç" məktubu və 3 ismarıc alınıb.

Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.

Ermənistanda isə 1 hərbi əsir saxlanılır. Milli Ordunun kişik çavuşu Axundzadə Məmmədbağır Talıb oğlu bir neçə gün öncə əsir düşüb.

Cenevrə konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.

Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti