Azərbaycan, Bakı, 18 fevral /Trend/
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Müdafiə Nazirliyinin mətbuast xidmətindən Trend-ə daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 17-də saat 13.25-dən 13.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.10-dan 19.30-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir
