...

Azay Quliyev: Ermənistan Prezidenti ilə görüşdə konstruktiv məcraya yönələcək mövqenin şahidi olmadıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 14:42 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanla görüşdə hər hansı bir formada sülhə yaxınlaşacaq, konstruktiv məcraya yönələcək mövqenin şahidi olmadıq.
Azay Quliyev: Ermənistan Prezidenti ilə görüşdə konstruktiv məcraya yönələcək mövqenin şahidi olmadıq

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Ermənistan Prezidenti Serj Sarkisyanla görüşdə hər hansı bir formada sülhə yaxınlaşacaq, konstruktiv məcraya yönələcək mövqenin şahidi olmadıq. Trend-in məlumatına görə, bunu Milli Məclisin cümə günü keçirilən iclasında Ermənistana səfərin yekunlarına dair açıqlamasında deputat Azay Quliyev bildirib.

O qeyd edib ki, Avronest Parlament Assambleyasının nümayəndə heyətinin Serj Sarkisyanla görüşündə Litvadan olan deputat məsələ qaldırıb ki, Azərbaycan torpaqlarından qovulmuş insanların hüquqları necə müdafiə olunacaq? Sarkisyan bu sualdan yayınıb.

"Yerevanda bizim tərəfimizdən vurğulandı ki, Azərbaycan dövləti erməni və azərbaycanlıların Dağlıq Qarabağda təhlükəsiz yaşamasına tam təminat verir. Görüşdə Sarkisyanın qarşısında sual qaldırıldı ki, münaqişənin həlli üçün hansısa bir vaxt çərçivəsi müəyyənləşdirə bilərsinizmi? Təəssüf ki, bu məsələyə də heç bir cavab alınmadı", - Quliyev əlavə edib.

Azərbaycan millət vəkilləri Ermənistan Prezidenti ilə görüşdə erməni icması ilə dialoq yaratmaq üçün şərait yaradılması məsələsini də qaldırıb.

Quliyev bildirib ki, Azərbaycan nümayəndə heyəti protokola görə təyin olunmuş uydurma "erməni soyqırımı" abidəsinə ziyarətdən imtina edib.

"Bizə tez-tez irad tuturdular ki, siz təbliğatla məşğulsunuz", - Quliyev deyib.

Qeyd edək ki, Azərbaycan deputatları Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev Avronest Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən 23-dək Ermənistana səfərdə olublar.

Xəbər lenti

Xəbər lenti