...

Argentinada Xocalı soyqırımının 20-ci ildönümü anılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2012 09:41 (UTC +04:00)
Argentinada Xocalı soyqırımının 20-ci ildönümü anılıb
Argentinada Xocalı soyqırımının 20-ci ildönümü anılıb (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Argentinada Xocalı soyqırımının 20-ci ildönümü anılıb.

Azərbaycanın Argentinadakı Səfirliyindən Trend-ə daxil olan məlumata görə, Buenos-Ayresdə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirə Argentinanın ictimai-siyasi dairələrinin, qanunvericilk orqanının, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, müxtəlif icma təşkilatlarının nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə Qarabağın tarixi, ermənilərin Azərbaycana köçürülməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökləri, Xocalı soyqırımı, münaqişənin nizamlanması prosesi barədə məlumat verib.

Tədbirdə Buenos-Ayresdə nəşr olunan ispandilli İRS Herencia jurnalının Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "Azərbaycanın ürəyi Qarabağ" adlı çapdan çıxmış xüsusi nömrəsinin təqdimatı da keçirilib.

Jurnalın bu nömrəsinə Qarabağın tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqrımı, Xocalıya ədalət kampaniyası, Qarabağ mədəniyyəti, Qarabağ xalçaçılıq məktəbi, Şuşa zərgərlik məktəbi, Qarabağ muğam məktəbi, Qarabağ mətbəxi ilə bağlı məqalə, yazı və illustrativ materiallar daxil olub.

Tədbir vaxtı Xocalı soyqırımı, Qarabağın tarixi və mədəniyyətinə dair sərgi və filmlər təqdim olunub, habelə iştirakçılara bu mövzular üzrə müxtəlif nəşriyyatlar paylanılıb.

Tədbir çərçivəsində Əhmədzadə KİV nümayəndələrinə müsahibələr verib.

Xəbər lenti

Xəbər lenti