...

Rəcəb Tayyib Ərdoğan: Xocalı faciəsi Türk dünyasının ortaq dərdidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2012 16:01 (UTC +04:00)
Bu gün İstanbul şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş konfransda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına müraciəti oxunub.
Rəcəb Tayyib Ərdoğan: Xocalı faciəsi Türk dünyasının ortaq dərdidir

Türkiyə, İstanbul, 25 fevral /Trend, müxbir R.Hafizoğlu/

Bu gün İstanbul şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş konfransda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına müraciəti oxunub.

"Xocalıda günahsız insanların öldürülməsi həqiqətən də böyük bir faciədir. Bu, bütün Türk dünyasının ortaq dərdidir", - müraciətdə deyilir.

Trend-in məlumatına görə, Ərdoğan ümidvar olduğunu bildirib ki, tarixdə bir daha belə soyqırım təkrarlanmayacaq.

"Azərbaycan xalqına başsağlığı verirəm. Faciədə ölənlərə Allahdan rəhmət diləyirəm", - müraciətdə qeyd olunur.

Qeyd edək ki, konfransda Türkiyənin ictimai xadimləri, Türkiyə Böyük Millət Məclisinin deputatları, eyni zamanda, İstanbulda təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan Milli Məclisinin deputatları iştirak edib.

Xəbər lenti

Xəbər lenti