...

Azərbaycan ATƏT-i Minsk qrupu ilə bağlı bəyanat verməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2012 16:56 (UTC +04:00)
Azərbaycan ATƏT-i Minsk qrupu ilə bağlı bəyanat verməyə çağırır.
Azərbaycan ATƏT-i Minsk qrupu ilə bağlı bəyanat verməyə çağırır

Azərbaycan, Bakı, 27 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan ATƏT-i Minsk qrupu ilə bağlı bəyanat verməyə çağırır.

"Minsk qrupunun həmsədri Fransanın addımları bunu deməyə əsas verir ki, Fransa tərəfsiz vasitəçilik missiyasını yerinə yetirməyə hazır deyil. Minsk qrupunu yaratmış ATƏT Fransanın həmsədr kimi atdığı addıma qiymət verməlidir", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov bildirib.

O deyib ki, ATƏT-in bu məsələ ilə əlaqədar bəyanatı olmalıdır ki, Fransa Minsk qrupunun həmsədrlərindən biri kimi, açıqcasına Ermənistanın müdafiəçisi rolunu öz üzərinə götürəndən sonra Ermənistanla Azərbaycan arasında münaqişənin həll olunmasında ədalətli vasitəçi rolunu necə yerinə yetirəcək?

"ATƏT bu problemin həlli üçün nə tövsiyə etdiyini bildirməlidir", - Əhmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti