ABŞ-ın Men ştatının Nümayəndələr Palatası Xocalı soyqırımı haqqında qətnamə qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Xəbər 23 Mart 2012 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 mart /Trend/

ABŞ-ın Men ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edib. Trend-in məlumatına görə, bu barədə Amerika Azərbaycan Cəmiyyətinin (ASA) yaydığı məlumatda deyilir.

Sənədin qəbul edilməsinin təşəbbüskarları ştatın Nümayəndələr Palatasının üzvü Enn Haskell və Men ştatından senator Castin Alfond olub.

Qəbul edilən sənəd Men ştatındakı Amerika Azərbaycan Cəmiyyətinin nümayəndəsi Tərlan Əhmədovun səylərinin nəticəsi olub.

Xəbər lenti

Xəbər lenti