...

Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2012 09:46 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 29 mart / Trend müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbiçilər martın 28-də saat 14:25-dən 14:28-dək və 20:15-dən 20:20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi, saat 14:50-dən 15:15-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, martın 29-da saat 02:53-dən 03:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti