...

Azərbaycan, Rusiya və Ermənistan parlamentləri Qarabağ münaqişəsinin həllinə töhfə verə bilərlər – RF FŞ-nin sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2012 12:42 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan parlamentləri Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilərlər.
Azərbaycan, Rusiya və Ermənistan parlamentləri Qarabağ münaqişəsinin həllinə töhfə verə bilərlər – RF FŞ-nin sədri

Azərbaycan, Bakı, 9 aprel / Trend, müxbir M.Əliyev/

Azərbaycan, Rusiya və Ermənistan parlamentləri Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilərlər. Trend-in məlumatına görə, bu barədə Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko bazar ertəsi Bakıda bəyan edib.

"Bizə diqqəti üç ölkənin ziyalılarının və mədəniyyət xadimlərinin görüşlərinin təşkilinə cəmləşdirmək lazımdır. Bizim vəzifəmiz etimad atmosferi yaratmaqdır. Onsuz, inamın gücləndirilməsi olmadan bu problemin praktiki həllini tapmaq çox çətin olacaq", - Matviyenko bazar ertəsi Bakıda jurnalistlərə deyib.

O bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, bu problemin həllini tapmaq üçün bütün zəruri tədbirləri görür.

FŞ-nin sədri xatırladıb ki, Prezident Dmitri Medvedevin təşəbbüsü ilə qarşılıqlı sərfəli həll formatlarının müzakirəsi çərçivəsində artıq Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bir neçə görüşü keçirilib.

"Bu problemin sürətli həlli yoxdur, o asan deyil, çətindir. Lakin biz bu məsələ ilə bağlı BMT qətnamələri çərçivəsində ciddi hərəkət edirik, beynəlxalq hüququ əldə rəhbər tuturuq", - Matviyenko qeyd edib.

Onun fikrincə, ATƏT-in Minsk qrupunun potensialı tükənməyib və o bu işin davam etdirilməsinə imkan verir. "Rusiya vasitəçi kimi qarşılıqlı sərfəli həllin tapılmasında aktiv mövqe tutub və bundan sonra da tutacaq. Hər iki tərəfin azad iradəsi və dinc həllin axtarışı lazımdır", - Federasiya Şurasının sədri bildirib.

Xəbər lenti

Xəbər lenti