...

"The Washington Times" qəzeti Xocalı soyqırımı haqqında məqalə dərc edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2012 14:11 (UTC +04:00)
ABŞ-ın nüfuzlu "The Washington Times" qəzetində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı haqqında məqalə dərc olunub.
"The Washington Times" qəzeti Xocalı soyqırımı haqqında məqalə dərc edib

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın nüfuzlu "The Washington Times" qəzetində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı haqqında məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1988-1994-cü illərdə gedən müharibə zamanı erməni və rus qoşunları Xocalıda yüzlərlə dinc azərbaycanlını, o cümlədən qadın və uşaqları vəhşiliklə qətlə yetirib.

Məqalədə, həmçinin Xocalı soyqırımının 20-ci ildönümünün Bakıda izdihamlı yürüşlə qeyd olunduğu vurğulanıb və Xocalı soyqırımının şahidlərinin fikirləri əks etdirilib.

Xəbər lenti

Xəbər lenti