...

AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında dialoq keçirmək niyyətindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2012 14:36 (UTC +04:00)
Bu gün Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti ilə bağlı vəziyyət aydın deyil.
AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında dialoq keçirmək niyyətindədir

Fransa, Strasburq, 23 aprel / Trend, müxbir A.Məhərrənmli/

Bu gün Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti ilə bağlı vəziyyət aydın deyil. Trend-in məlumatına görə, bu fikirləri AŞPA-nın yaz plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında qurumun sədri Jan-Klod Minyon (Jean-Claude Mingnon) Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, AŞPA-nın martın 9-da keçirilən iclasında Alt Komitənin fəaliyyətinin davam etdirilməsi nəzərdə tutulsa da, bu məsələyə toxunulmayıb.

"Qeyd edim ki, məsələ o qədər də asan deyil. Bununla belə, mən hər iki ölkənin AŞPA-dakı nümayəndə heyətləri ilə görüşmək təşəbbüsü ilə çıxış etmişəm. Ola bilsin ki, hər iki nümayəndə heyəti ilə eyni görüş olsun. Onlarla ağıllı və konstruktiv dialoqun keçirilməsini istəyirəm. Bu görüş yaz sessiyası çərçivəsində də ola bilər. Amma Ermınistan nümayəndə heyəti ölkədəki seçkilərlə əlaqədar bu sessiyada iştirak etmir. Bu görüş bu sessiya çərçivəsində alınmasa, bunu AŞPA-nın iyun sessiyası çərçivəsində təşkil edəcəyik", - AŞPA sədri deyib.

Minyon məsələyə münsibət bildirərkən ATƏT-in həmsədrləri ilə görüşü planlaşdırdığını da deyib.

"Dağlıq Qarabağ müaqişəsi və sözügedən Alt Komitənin fəaliyyəti ilə bağlı ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə görüşü nəzərdə tuturam. Bunun nə vaxt olacağı barədə hələlik bir şey deyə bilmərəm", - Minyon əlavə edib.

Xəbər lenti

Xəbər lenti