...

Dağlıq Qarabağ problemi son dərəcə mühümdür və onun həll yolu tapılmalıdır - AŞ Nazirlər Komitəsinin sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2012 19:49 (UTC +04:00)
Dağlıq Qarabağ problemi son dərəcə mühümdür və onun həll yolu tapılmalıdır.
Dağlıq Qarabağ problemi son dərəcə mühümdür və onun həll yolu tapılmalıdır - AŞ Nazirlər Komitəsinin sədri

Fransa, Strasburq, 23 aprel /Trend, müxbir A.Məhərrəmli

Dağlıq Qarabağ problemi son dərəcə mühümdür və onun həll yolu tapılmalıdır. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın yaz sessiyasının birinci iş günündə Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan britaniyalı sədri Devid Lidinqton Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun Dağlıq Qarabağla bağlı verdiyi suala cavabında deyib.

"Cənab nazir, sizə dəfələrlə burada təkrarladığımız bir problemlə bağlı növbəti dəfə oxşar sual verirəm. Bu sual nəticəli cavab olana qədər davam edəcək. Bu sualla bir daha ona görə müraciət edirəm ki, mənim seçicilərim arasında çoxlu qaçqın və məcburi köçkünlər var ki, onlar 20 ildir Ermənistanın Azərbaycana təcavüzü nəticəsində faciəli həyat yaşamağa məcburdurlar. Azərbaycanda 1 milyona yaxın insan var ki, onlar bizdən, o cümlədən Avropa Şurasından ənənəvi, standart, heç bir praktik nəticəsi olmayan cavablar eşitməkdən yorulublar. Onların sadə bir tələbi var. Onlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 20 faiz ərazisinin azad edilməsini, öz doğma yurd-yuvalarına qayıtmağı arzulayırlar. Real nəticəyə mane olan isə daha çox kənardan idarə olunan və Avropa Şurası qarşısında əsas öhdəliklərindən birini yerinə yetirməkdən boyun qaçıran Ermənistandır. Halbuki 11 il əvvəl Avropa Şurasına qəbul edilərkən Ermənistan bu problemi sülh yolu ilə həll edəcəyini öhdəlik olaraq götürüb. Nazirlər Komitəsi öz səlahiyyətləri çərçivəsində Ermənistana bu istiqamətdə hansı konkret təsirləri göstərə bilər?" - Rafael Hüseynov Nazirlər Komitəsinin fəaliyyətdə olan sədrinə belə bir sualla müraciət edib.

Lidington qeyd edib ki, bu sualı hər dəfə qaldırmağa ehtiyac var, problem son dərəcə mühümdür və onun həll yolu tapılmalıdır.

"Doğrudur, bu problemin həlli ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupudur. Lakin Avropa Şurasının da öhdəsinə iş düşür. Bizim vəzifəmiz tərəflər arasında anlaşmanın əldə olunması üçün münasib şəraiti formalaşdırmaqdan ibarətdir. Bu da unudulmamalıdır ki, Azərbaycan və Ermənistan quruma eyni vaxtda qəbul ediliblər və öhdəlik də bundan ibarətdir ki, məsələ sülh yolu ilə həll edilməlidir. Zənnimcə, Avropa Şurasının Nazirlər Komitəsi də problemin həllinə maksimal dərəcədə təsirini göstərməlidir", - britaniyalı nazir cavabında deyib.

Xəbər lenti

Xəbər lenti