...

Azərbaycanda ötən ay 2,5 milyon kvadratmetrdən çox ərazi minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2012 15:17 (UTC +04:00)
Bu ilin aprel ayı ərzində 2 541 498 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycanda ötən ay 2,5 milyon kvadratmetrdən çox ərazi minalardan təmizlənib

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin aprel ayı ərzində 2 541 498 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Bu dövrdə 751 PHS və 2 ədəd piyada və 9 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 190 247 971 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 671 404-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Ağstafa, Gəncə, Samux və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Aprel ayında mina və PHS hadisəsi qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti