...

Ermənistan Silahlı Qüvvələri Tovuz, Xocavənd və Tərtər istiqamətlərində atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2012 09:43 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələri Tovuz, Xocavənd və Tərtər istiqamətlərində atəşkəsi pozub

Azərbaycan, Bakı, 7 may /Trend/

Ermənistan Silahlı Qüvvələri Tovuz, Xocavənd və Tərtər istiqamətlərində atəşkəsi rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 6-da saat 19:50-dən 20:30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri, saat 09:45-dən 09:55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11:05-dən 11:15-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti