...

Mübariz Əhmədoğlu: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağı Azərbaycana qaytaracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2012 13:04 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağı Azərbaycana qaytaracaq.
Mübariz Əhmədoğlu: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağı Azərbaycana qaytaracaq

Azərbaycan, Bakı, 17 may / Trend müxbir M.Əliyev/

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağı Azərbaycana qaytaracaq. Trend-in məlumatına görə, bunu cümə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, KTMT-nin son toplantısında yaydığı bəyannamədə Dağlıq Qarabağ məsələsi ilə bağlı Helsinki yekun aktının məlum üç prinsipi olduğu kimi göstərilir.

"Millətlərin öz müqəddəratını təyin etmə prinsipindən söz getmir. Xalqların bərabərliyi qeyd olunur, bu o deməkdir ki, Dağlıq Qarabağın statusunun təyin olunmasında DQ azərbaycanlı və erməni icmaları bərabər hüquqlara malikdir", - Əhmədoğlu deyib.

Politoloq vurğulayıb ki, KTMT bəyannaməsi BMT-nin nizamnaməsinə uyğun hazırlanıb.

"Bəyannamənin digər vacib əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan KTMT-nin üzvü deyil, lakin Ermənistan üzvdür. Yəni, Ermənistanın özünün üzv olduğu təşkilat onu vadar edir ki, beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin həllinə razılaşsın", - o deyib.

Əhmədoğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi hazırda kifayət qədər ciddi mərhələdədir.

"KTMT Dağlıq Qarabağı Azərbaycana qaytaracaq. Burda artıq Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Ermənistan bir dövlət kimi, millət kimi sıradan çıxıb. Münaqişənin həlli birbaşa Azərbaycan-Rusiya danışıqları ilə həll olunacaq. Ola bilsin bu danışıqlar KTMT-nin vasitəsi ilə aparılsın", - politoloq deyib.

O həmçininin qeyd edib ki, KTMT-də müzakirə olunan postsovet məkanına aid yeganə məsələ Dağlıq Qarabağ münaqişəsidir.

Politoloqun sözlərinə görə, ermənilər bu günə kimi əldə etdiyi nailiyyət Rusiya hakim dairələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqladığı bəyanatlara əks bəyanat verən hansısa siyasətçini ortaya çıxarmaq olub. "KTMT-nin sonuncu bəyanatından sonra Ermənistan artıq Rusiyanın mövqeyini ikisəsli edə bilməyəcək", - Əhmədoğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti