...

Ermənistanın atəşkəsi davamlı pozması Azərbaycanı KTMT-yə daxil olmağa məcbur etməyə yönəlmiş addımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2012 13:12 (UTC +04:00)
Ermənistanın son zamanlar atəşkəsi davamlı şəkildə pozması bu ölkənin Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İttifaqına daxil olmağa məcbur etməyə yönəlmiş addımıdır.
Ermənistanın atəşkəsi davamlı pozması Azərbaycanı KTMT-yə daxil olmağa məcbur etməyə yönəlmiş addımdır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir M.Əliyev/

Ermənistanın son zamanlar atəşkəsi davamlı şəkildə pozması bu ölkənin Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İttifaqına daxil olmağa məcbur etməyə yönəlmiş addımıdır.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisin iclasında deputat, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

"Atəşkəsin tez-tez pozulmasının Hillari Klintonun bölgəyə səfəri zamanı baş verməsi ABŞ-ın maraqlarına da ziddir. Bu o deməkdir ki, Qarabağ müharibəsi yenidən alovlansa, neft müqavilələrinin əleyhinə işləyəcək, sabitlik təhlükə altına alınacaq. Heç şübhəsiz ki, bu, Azərbaycanın maraqlarına zidd olduğu kimi, ABŞ və Avropa ölkələrinin də maraqlarına ziddir. Ona görə də onlar yalnız siyasi bəyanatlarla kifayətlənməməlidirlər. Ermənistanın bu addımına kəskin reaksiya verməlidirlər. Necə ki, Suriya üzərində beynəlxalq koalisiyalar formalaşdırılır", - Oruc vurğulayıb.

O deyib ki, beynəlxalq aləm son hadisələrdən istifadə edərək Azərbaycanı müdafiə etməlidirlər.

"Xüsusən də Azərbaycan və Türkiyə arasında hərbi məsləhətləşmələr başlamalı, hərbi addımlar atılmalıdır", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti