...

Azərbaycan XİN Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi faktını təxribat cəhdi kimi qiymətləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2012 11:05 (UTC +04:00)
Azərbaycan XİN Dağlıq Qarabağda "seçkilər"in keçirilməsi faktını təxribat cəhdi kimi qiymətləndirir.
Azərbaycan XİN Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi faktını təxribat cəhdi kimi qiymətləndirir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan XİN Dağlıq Qarabağda "seçkilər"in keçirilməsi faktını təxribat cəhdi kimi qiymətləndirir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"Bu, Azərbaycanın və beynəlxalq təşkilatların münaqişənin dinc yolla həlli üçün göstərdikləri səylərə tamamilə ziddir", - Abdullayev deyib.

Onun sözlərinə görə, müşahidəçi qismində Dağlıq Qarabağa səfər etməyə hazırlaşan şəxslərin hamısı qanunu pozur.

İyulun 19-da müstəqilliyi dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı Dağlıq Qarabağda "prezident seçkiləri" keçiriləcək.

Xəbər lenti

Xəbər lenti