...

Rəsmi Bakı Suriyadan olan ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsinə etiraz edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2012 10:21 (UTC +04:00)
Rəsmi Bakı Suriyadan olan ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinin qeyri-qanuni olması məsələsini Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq təşkilatlar qarşısında qaldırıb.
Rəsmi Bakı Suriyadan olan ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsinə etiraz edib

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakı Suriyadan olan ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi ilə bağlı Ermənistan KİV-lərində yayılan məlumatlardan sonra bunun qeyri-qanuni olması məsələsini Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq təşkilatlar qarşısında qaldırıb. Bu barədə bazar ertəsi Trend-ə XİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan işğal olunmuş tarixi torpaqlarında qeyri-qanuni məskunlaşmanın aparılmasını bundan əvvəlki hesabatlarda da qeyd edib.

Qeyd edək ki, Dağlıq Qarabağın separatçı rejiminin baş naziri Аrа Аrutunyan bəyan edib ki, Suriyadan olan erməni qaçqınların Dağlıq Qarabağda yerləşdirilməsi üçün lazımi şərait mövcuddur.

Xəbər lenti

Xəbər lenti