...

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Sentyabr 2012 19:30 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Robert Bradtke, İqor Popov və Jak For və səfir Anji Kaspşik (ATƏT-in faəliyyətdə olan sədrinin şəxsi nümayəndəsi) sentyabrın 2-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, sentyabrın 3-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Robert Bradtke, İqor Popov və Jak For və səfir Anji Kaspşik (ATƏT-in faəliyyətdə olan sədrinin şəxsi nümayəndəsi) sentyabrın 2-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, sentyabrın 3-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ATƏT-in yaydığı məlumatda deyilir.

Görüşlərdə məqsəd regiondakı son hadisələri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri müzakirə etmək olub.

Həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə avqustun 31-də Azərbaycan hakimiyyətınin 2004-cü ildə Budapeştdə erməni zabiti qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan zabiti Ramil Səfərovu əfv etmək barədə qərarını müzakirə ediblər.

Onlar Səfərovun əfv edilməsinin sülh prosesinə və tərəflər arasında etimada zərbə vura biləcəyindən və cinayətə haqq qazandırılması cəhdlərindən dərin narahatlıqlarını və təəssüflərini bildiriblər.

Həmsədrlər yenidən nazirlərə bildiriblər ki, iyunun 19-da Los-Kabosda həmsədr ölkələrin prezidentlərinin bəyan etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur. Onlar gərginliyi azaltmaq və sülh prosesində tərəqqiyə nail olmaq üçün tərəflərlə təmas saxlamağa davam edəcəklər.

Xəbər lenti

Xəbər lenti