...

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2012 09:49 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində, Ağdam rayonunun işğal olunmuş Mərzili, Yusifcanlı, Qaraqaşlı və Sarıcalı, Tərtər rayonunun Göyarx və Çaylı, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Gülüstan, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar
Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, cəbhədə vəziyyət gərginləşib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində, Ağdam rayonunun işğal olunmuş Mərzili, Yusifcanlı, Qaraqaşlı və Sarıcalı, Tərtər rayonunun Göyarx və Çaylı, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Gülüstan, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti