...

Mübariz Əhmədoğlu: Xankəndi aeroportu ətrafında baş verənlər ermənilərin daxilində ciddi fikir ayrılığının olduğunu üzə çıxardı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2012 13:52 (UTC +04:00)
Xankəndi aeroportu ətrafında baş verənlər ermənilərin daxilində ciddi fikir ayrılığının olduğunu üzə çıxardı.
Mübariz Əhmədoğlu: Xankəndi aeroportu ətrafında baş verənlər ermənilərin daxilində ciddi fikir ayrılığının olduğunu üzə çıxardı

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Xankəndi aeroportu ətrafında baş verənlər ermənilərin daxilində ciddi fikir ayrılığının olduğunu üzə çıxardı. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qondarma "Dağlıq Qarabağ Mülki Aviasiya İdarəsi"nin rəisi Dmitri Atbaşyanın rəhbəri olduğu Xankəndi aeroportunun istifadəyə hazır olması ilə bağlı bütün erməni mətbuatını başına götürən bəyanatları ölkənin siyasi rəhbərliyi ilə razılaşdırılmadan verilibsə, bu, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında nəinki fikir ayrılığının, hətta ədavətin göstəricisi kimi qəbul edilməlidir.

"Yox, əgər bu bəyanatlar Ermənistan rəhbərliyi ilə razılaşdırılıbsa, o zaman bu ölkə rəhbərliyinin siyasi savadsızlığının miqyasını təsəvvür etmək olar. Ermənistan hökuməti yanında Mülki Aviasiya üzrə Dövlət İdarəsinin (QUQA) rəhbəri Artyom Movsisyan Yerevan-Xankəndi istiqamətində uçuşlar həyata keçirmək üçün təsis edilmiş aviaşirkətə uçuş icazəsinin verilmədiyini bildirdi", - Əhmədoğlu deyib.

Politoloq vurğulayıb ki, Ermənistanın ən böyük aviaşirkəti olan "Armavia"nın müflis olduğu vaxtda yeni aviadaşıma istiqamətinə ehtiyac iqtisadi parametrlərdən qaynaqlanmır.

"Belə qısa məsafəli uçuşlar daha baha başa gəlir. Eləcə də Dağlıq Qarabağ əhalisinin iqtisadi vəziyyəti də buna imkan vermir. Yerevan aeroportlarında nəzarət-buraxılış məsələlərinin Rusiyanın nəzarəti altında olduğunu nəzərə alsaq, avtomobil sərnişindaşımasından fərqli olaraq, təşkil olunacaq aviadaşımalar Dağlıq Qarabağın qısa müddətdə boşalmasına səbəb ola bilər. Ermənistan rəhbərliyi səhvi başa düşüb sürətlə geriyə addım atdı", - Əhmədoğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti