...

Mübariz Əhmədoğlu: Azərbaycanın apardığı siyasətin dünya tərəfindən müsbət qarşılanması erməniləri sivil dünyadan qovub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2012 14:20 (UTC +04:00)
Azərbaycanın apardığı siyasət və bu siyasətin Avropa, Rusiya, ABŞ timsalında sivil dünya tərəfindən müsbət qarşılanması erməniləri sivil dünyadan qovub.
Mübariz Əhmədoğlu: Azərbaycanın apardığı siyasətin dünya tərəfindən müsbət qarşılanması erməniləri sivil dünyadan qovub

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Azərbaycanın apardığı siyasət və bu siyasətin Avropa, Rusiya, ABŞ timsalında sivil dünya tərəfindən müsbət qarşılanması erməniləri sivil dünyadan qovub. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Ermənilər bu məkanda yalanlarının yermədiyini bildikləri üçün yalanlarına yeni məkanlar axtarırlar. Ona görə ermənilər Latın Amerikası, Avstraliyaya üz tuturlar. Azərbaycanın aktiv diplomatiyası onları qorxudur və cavab reaksiyasına təhrik edir", - Əhmədoğlu əlavə edib.

Onun sözlərinə görə, ermənilərə həm nəzəri-ideoloji, həm də praktiki addımlarla cavab verilməlidir. Nəzəri-ideoloji aspektdən üç məsələ ön planda olmalıdır.

Birincisi, dünya erməniliyinin böhranın əlamətləri görünür. ABŞ-da prezidentliyə namizədlərdən heç biri erməni diaspor təşkilatlarının seçki kampaniyasında iştirakla bağlı çağırışlarına məhəl qoymadı. İkincisi, "Dağlıq Qarabağ xalqı"nın müstəqillik hüququnun tanınması "Dağlıq Qarabağ Respublikasının" tanınması demək deyil. Hətta DQ "xalqı"nın öz müqəddəratını təyin etmə prinsipi də ciddi bir məsələ deyil. Çünki "Dağlıq Qarabağ xalqı" adlı etnonim, etnos yoxdur. Dağlıq Qarabağda indi yaşayanların ayrıca bir xalq olması, onların ermənilərdən fərqliliyini əsaslandıran heç bir elmi, antropoloji, etnoloji, yerli və ya beynəlxalq konfrans keçirilməyib.

Üçüncüsü, ermənilərin Osmanlı imperiyası dövründə Avropa dövlətlərinə qarşı apardığı işi, xristianlığa vurduğu ziyanları tutarlı arxiv məlumatları ilə əsaslandırıb geniş təbliğat fakturasına çevirmək lazımdır. Ermənilərin aktivliyinə qarşı mübarizənin praktiki aspektləri də hədsiz vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti