Azərbaycan, Bakı, 14 noyabr / Trend, müxbir S.Ağayeva/
Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin uzanmasına yol verə bilməz və bu mövqeni gələcəkdə də dəstəkləyəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev çərşənbə günü keçirilən brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında son hadisələri şərh edərkən bildirib.
"Bakı Ermənistanla böyük sülh sazişi üzrə danışıqlara hazırdır. Status-kvo yolverilməzdir. Bunu dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrləri də təsdiqləyiblər", - Abdullayev deyib.
O xatırladıb ki, Ermənistan münaqişənin uzanması prinsipini dəstəkləyir və münaqişənin nizamlanması üçün siyasi iradə nümayiş etdirmir.