Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.Tariverdiyeva/
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa) bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrləri nazirə təmas xəttində gərginliyin azaldılması üzrə təklifləri təqdim ediblər.
Görüş iştirakçıları dekabrda Dublində keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə mümkün görüşünün təşkilini müzakirə ediblər.