...

Filip Lefort: Azərbaycan Aİ üçün çox vacib ölkədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Noyabr 2012 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbirlər V.Javoronkova, E.Tariverdiyeva/

Azərbaycan hər baxımdan Avropa İttifaqı (Aİ) üçün çox vacib ölkədir və Aİ münasibətləri inkişaf etdirmək üçün mümkün olan hər şeyi edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Aİ-nin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Filip Lefort deyib.

Onun sözlərinə görə, səfərinin məqsədi Azərbaycan və Aİ arasında həll edilməyən məsələlərin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Aİ-nin dəstəyinin müzakirə edilməsidir.

Lefor bildirib ki, o elə bu məqsədlə də Ermənistana səfər edəcək.

Xüsusi nümayəndə qeyd edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti