Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışqılardan real nəticələr gözləyir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə günü "Sabah" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanda və Azərbaycanda prezident seçkilərindən əvvəl hər hansı nəticənin əldə olunması çətin olacaq.
"Biz İstanbulda Rusiya XİN-in rəhbəri Serqey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Bu məsələdə nəticələrin əldə olunması Türkiyə üçün də yol açacaq", - Davudoğlu deyib.