Azərbaycan, Bakı, 22 dekabr /Trend/
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke yaxın vaxtlarda tutduğu vəzifəni tərk edəcək. Trend-in məlumatına görə, bu barədə Ermənistanın News.am saytı diplomatik dairələrdəki məlumatlı mənbəyə istinadən xəbər verib.
Robert Bradtke ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə 2009-cu ilin payızında təyin olunub və bu postda Metyu Brayzanı əvəz edib.
Bradtkenin yeni təyinatı barədə xəbər verilmir.
Güman edilir ki, o, xaricdə hər hansı diplomatik vəzifəyə və ya ABŞ Dövlət Departamentinə təyinat ala bilər.
Robert Bradtkeni ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri vəzifəsində kimin əvəz edəcəyi barədə hələlik xəbər verilmir.
Qeyd edək ki, ATƏT Minsk qrupunun həmsədrlərinin tərkibinə həm də İqor Popov (Rusiya) və Jak For (Fransa) daxildir.