Azərbaycan, Bakı, 1 mart /Trend/
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan martın 3-də Parisə yollanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Jak For və Yan Kelli ilə görüşdə iştirak etmək üçün Fransa paytaxtına gedir.