...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini bir neçə istiqamətdə pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Mart 2013 10:15 (UTC +04:00)
Erməni silahlı bölmələri atəşkəsi pozaraq Silahlı Qüvvələrimizin mövqelərini yenidən atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini bir neçə istiqamətdə pozub

Azərbaycan, Bakı, 22 mart /Trend/

Erməni silahlı bölmələri atəşkəsi pozaraq Silahlı Qüvvələrimizin mövqelərini yenidən atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Qaraqaşlı, Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti