Azərbaycan, Bakı, 4 iyun /Trend/
Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.
Trend-in məlumatına görə, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Seysulan və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.