...

Cəbhə xəttindəki mövqelərimiz bir neçə istiqamətdə atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2013 09:58 (UTC +04:00)
Erməni silahlı birləşmələri cəbhə xəttində gərginlik yaratmaqda davam edirlər.
Cəbhə xəttindəki mövqelərimiz bir neçə istiqamətdə atəşə tutulub

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İzzət/

Erməni silahlı birləşmələri cəbhə xəttində gərginlik yaratmaqda davam edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti