...

Anji Kaspşik: Azərbaycan-Ermənistan cəbhə xəttində mövcud vəziyyət ciddi narahatlıq doğurur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2013 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir S.Əhmədova/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin həssaslığı ciddi narahatlıq doğurur. Bunu Trend-ə eksklüziv açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik bildirib.

Kaspşik qeyd edib ki, atəşkəs rejiminin pozulması danışıqlardakı irəliləyişi hər zaman təhlükə altında qoya bilər.

ATƏT rəsmisinin sözlərinə görə, bu il ərzində atəşkəs rejiminin pozulması halları və cəbhə xəttini keçməyə bir dəfə cəhdin olması barədə məlumatlara baxmayaraq, Ermənistan-Azərbaycan sərhədində və cəbhə xəttində vəziyyət nisbi stabil olaraq qalır:

"Atəşkəs rejiminin pozulması nəticəsində həlak olanların və yaralananların sayı əvvəlki illərə nisbətən azdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti