...

Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ideyasını dəstəkləyir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2013 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün keçirilməsi ideyasını dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Vyanada bu məsələ müzakirə olunub və bu təşəbbüs barədə düşünmək qərara alınıb: "Hər halda rəsmi Bakı belə görüşə razıdır".

Məmmədyarov bildirib: "Həmçinin, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşün keçiriləcəyi gözlənilir. Avqust ayında ABŞ ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etməlidir".

Nazir əlavə edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır: "Və biz Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında görüşün keçirilməsi barədə təşəbbüsü dəstəkləyirik".

Qeyd edək ki, Azərbaycan XİN rəhbəri iyulun 22-də Brüsseldə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində keçiriləcək görüşlərdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti