...

XİN: Azərbaycan ərazilərinin işğalını "öz azadlığını müdafiə" kimi təqdim edilməsi Ermənistanın militarist siyasətinə haqq qazandırmaqdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Sentyabr 2013 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir S. Ağayeva/

Qonşu dövlətin ərazisinin işğalını "öz azadlığını müdafiə" qismində təqdim edilməsi Ermənistanın militarist siyasətinə haqq qazandırmağın parlaq nümunəsidir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycanın separatçı "Dağlıq Qarabağ" regionunun "azadlıq günü" münasibətilə bağlı müraciətini şərh edərkən deyib.

E. Abdullayev bildirib: "Öz azadlığını müdafiə" nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün qanlı etnik təmizləmələrə məruz qalıb və tarixi torpaqlarından qovulub. Görünür, Serj Sarkisyan bunu "azadlığı müdafiə" adlandırır".

Onun sözlərinə görə, müasir dünyada güc tətbiq etməklə beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir.

Abdullayev qeyd edib ki, Ermənistan tərəfi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən sənəd və qərarlara diqqət yetirməlidir: "Həmin sənəd və qərarlara əsasən, Ermənistan işğalçı kimi tanınıb və Azərbaycan torpaqlarını işğal etdiyinə görə qınanılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti