...

Serj Sarkisyan ATƏT MQ-nin yeni həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2013 10:43 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun yeni təyin olunan amerikalı həmsədri Ceyms Uorliki qəbul edib.
Serj Sarkisyan ATƏT MQ-nin yeni həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend /

Ermənistan prezidenti Serj Sarkisyan yeni təyin olunan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul edib. Trend-in məlumatıpna görə, bu barədə "Panorama.am" saytı Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən bildirib.

Sarkisyan təyinatı ilə bağlı Uorliki təbrik edib və ona bu əhəmiyyətli missiyanın həyata keçirilməsində uğurlar arzulayıb. Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə və beynəlxalq prinsip və normalara uyğun şəkildə nizamlanması üçün ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) vasitəçilik səylərini yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər Qarabağ probleminin həll olunması üzrə danışıqlar prosesinin hazırkı mərhələsini və perspektivlərini müzakirə ediblər. Amerikalı diplomat Ermənistan prezidentinə ABŞ prezidenti Barak Obamanın məktubunu təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti