...

Səfirlik: Almaniya hökuməti Bundestaq deputatının Dağlıq Qarabağa səfəri barədə məlumatlandırılmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2013 20:34 (UTC +04:00)
Bundestaq deputatının Dağlıq Qarabağa səfəri fərdi xarakter daşıyır və federal hökumət bu səfər barədə məlumatlandırılmayıb.
Səfirlik: Almaniya hökuməti Bundestaq deputatının Dağlıq Qarabağa səfəri barədə məlumatlandırılmayıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir S.Ağayeva/

Bundestaq deputatının Dağlıq Qarabağa səfəri fərdi xarakter daşıyır və federal hökumət bu səfər barədə məlumatlandırılmayıb. Trend-in məlumatına görə, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən Bundestaq deputatının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfərini şərh edərkən bildiriblər.

Qeyd edək ki, sentyabrın 12-də Almaniya Bundestaqının Xarici əlaqələr üzrə daimi komissiyasının üzvü Yurgen Klimke Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata əsasən, səfər zamanı deputat qondarma "Dağlıq Qarabağ respublikası"nın separatçıları ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti