...

Mövqelərimiz bir neçə istiqamətdə atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2013 11:16 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Mövqelərimiz bir neçə istiqamətdə atəşə tutulub

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Düşmən cavab atəşi ilə susdurulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Qaraqaşlı, Şuraabad, Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında, Göygöl, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti