...

Zakir Həsənov: Azərbaycan ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2013 17:19 (UTC +04:00)
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.
Zakir Həsənov: Azərbaycan ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, F.Lefor Azərbaycanın Avropa İttifaqı üçün ən vacib tərəfdaş ölkələrdən biri olduğunu bildirməklə yanaşı, müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik etmək fürsəti tapmasından məmnunluğunu söyləyib və ona gələcək işlərində uğurlar arzulayıb.

Regiondakı vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu görüşdə müdafiə naziri Z.Həsənov vurğulayıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycanın Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu siyasətində qoyduğu hədəflər dəyişməzdir və güclü dövlət, güclü ordu siyasəti başlıca məqsəddir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyəti şərh edən müdafiə naziri bildirib ki, biz torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarıyıq, lakin ərazilərimizi işğaldan azad etmək hüququnu da özümüzdə saxlayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti