...

Cəbhə xəttində atəşkəs rejimi növbəti dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2013 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Cəbhə xəttində atəşkəs rejimi növbəti dəfə pozulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti