...

Silahlı Qüvvələrimizin mövqeləri növbəti dəfə atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Yanvar 2014 09:27 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Silahlı Qüvvələrimizin mövqeləri növbəti dəfə atəşə tutulub

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Silahlı Qüvvələrimizin mövqeləri növbəti dəfə atəşə tutulub.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti