...

Tovuzda saxlanılan erməni 65 yaşlı mülki şəxs olub (ƏLAVƏ OLUNUB-2)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Yanvar 2014 17:43 (UTC +04:00)
Bu gün Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan vətəndaşı saxlanılıb.
Tovuzda saxlanılan erməni 65 yaşlı mülki şəxs olub (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:00-da yayıılıb)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Bu gün Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan vətəndaşı saxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Tovuz rayonunda ələ keçirilən şəxs erməni diversiya qrupunun üzvüdür.

Nazirlikdən həmin şəxsin tutularkən silahlı olduğu da bildirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə bildirib ki, bu gün günorta saatlarında təxminən 65 yaşında olan mülki şəxs Xocayan Mamiko Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə Trend-ə bildirib ki, bu barədə onlara hələlik rəsmi məlumat daxil olmayıb. Yəni BQXK-ya nə dövlət tərəfindən, nə də saxlanılan şəxsin yaxınları tərəfindən heç bir müraciət edilməyib.

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət gərgin olaraq qalır. Artıq erməni snayperlərin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun iki zabiti şəhid olub.

Azərbaycan Silahlı Qüvvələri son günlər bir neçə dəfə Əlibəyli kəndi ərazisində erməni diversiya qrupunun qarşısını alıb.

BQXK-nın Azərbaycan nümayəndəliyinin açıqladığı məlumata görə, hazırda Azərbaycanda bir erməni hərbçi əsir və 5 mülki şəxsdən ibarət bir erməni ailəsi saxlanılır. Ermənistanda isə azərbaycanlı əsir yoxdur. Son 21 il ərzində BQXK-nın vasitəçiliyi ilə hər iki tərəfdən təxminən 700 nəfər qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti