...

Əli Əhmədov: Cəbhə xəttində baş verən hadisələr Azərbaycanın müharibəyə kifayət qədər hazır olduğundan xəbər verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2014 11:58 (UTC +04:00)
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov son günlərdə cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib.
Əli Əhmədov: Cəbhə xəttində baş verən hadisələr Azərbaycanın müharibəyə kifayət qədər hazır olduğundan xəbər verir

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Mehdiyev/

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov son günlərdə cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib.

Trend-in məlumatına görə, Ə.Əhmədov qəti şəkildə bildirib ki, Azərbaycan müharibəyə hazırdır: "Cəbhə xəttində ermənilərin təxribatları nəticəsində baş verən hadisələr və onların nəticələri Azərbaycanın müharibəyə kifayət qədər hazır olduğundan xəbər verir. Bütövlükdə erməni tərəfindən verilən reaksiyalar bunu bir daha təsdiq edir".

Ə.Əhmədov güman edir ki, ermənilər Azərbaycanın cəbhə xəttində mövqelərinin gücləndiyini dərk edir, öz ölkələrində isə narazılıqların artması ilə əlaqədar olaraq insanların fikrini daxili narazılıqlardan yayındırmaq məqsədilə cəbhə xəttində təxribatlar törətməyə çalışırlar və bununla da daxili auditoriyanın fikrini yayındırmaq istəyirlər: "Hesab edirəm ki, Azərbaycan bu təxribatlara layiqincə cavab verib. Amma söhbət təkcə həmin təxribatlara konkret cavab verməkdən daha çox Azərbaycanın hərbi qüdrətinin kifayət qədər güclü olduğunu nümayiş etdirməkdən gedir. Bu, Azərbaycanın hərbi gücünün və öz torpaqlarını hər zaman işğaldan azad etməyə hazır olduğunun bir nümayiş obrazıdır".

Qeyd edək ki, son həftələr Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində 1600-dən çox atəşkəs rejimini pozub.

Dağlıq Qarabağ münaqişəsi üzrə infoqrafika ilə bu ünvanda tanış olmaq mükündür: http://az.trend.az/infographics_page.php?id=121

Məqalədə:
Xəbər lenti

Xəbər lenti