...

Mövqelərimiz Ermənistandan və işğal olunmuş ərazilərdən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2014 09:39 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Mövqelərimiz Ermənistandan və işğal olunmuş ərazilərdən atəşə tutulub

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Mövqelərimiz Ermənistandan və işğal olunmuş ərazilərdən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti