...

Ermənistan silahlılarının cəbhə xəttində təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2014 10:07 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlılarının cəbhə xəttində təxribatı davam edir

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Yusifcanlı, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti