...

XİN: Azərbaycan hakimiyyətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səfər etmək mümkün deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2014 11:13 (UTC +04:00)
Azərbaycan hakimiyyətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səfər etmək mümkün deyil.
XİN: Azərbaycan hakimiyyətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səfər etmək mümkün deyil

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Əliyev/

Azərbaycan hakimiyyətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səfər etmək mümkün deyil. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda AŞPA Daimi Komitəsinin iclasında bildirib.

Azərbaycan dəfələrlə bəyan edib ki, ölkənin icazəsi olmadan işğal olunmuş Dağlıq Qarabağa səfər etmək yolverilməzdir: "Qarabağ Azərbaycan ərazisidir, ona görə də biz bu qaydanı pozan və Azərbaycan hakimiyyətinin icazəsi olmadan Dağlıq Qarabağa səfər edən hər kəsi "arzuolunmaz şəxs" siyahısına daxil edirik. Qaydanı pozan tərəfindən səbəb izah edidikdən sonra biz onun siyahıda olması məsələsinə yenidən baxa bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti