...

Riçard Morninqstar: ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün davam etdirilməsini vacib sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyun 2014 15:24 (UTC +04:00)
"Ümid edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tezliklə baş tutacaq".
Riçard Morninqstar: ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün davam etdirilməsini vacib sayır

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir S.Əhmədova/

"Ümid edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tezliklə baş tutacaq". Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün baş tutma ehtimalını şərh edərkən deyib.

Səfir qeyd edib ki, hələ ki görüşün tarixi barədə bir söz demək çətindir: "Mən həmişə demişəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq istiqamətində konkret addımlarla bağlı müzakirələrin aparılması üçün ABŞ hər iki ölkənin prezidentlərinin görüşlərinin və danışıqlarının davam etdirilməsini vacib sayır".

ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələrə münasibət bildirən səfir dinləmələrin faydalı və balanslı şəkildə keçdiyini deyib.

O, əlavə edib ki, insan hüquqları və demokratiya ABŞ üçün vacib məsələdir və bu istiqamətdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti