...

Rusiya səfirliyi RF vətəndaşının Kəlbəcərdə girov götürülməsi ilə bağlı şərh verməkdən çəkinib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2014 11:49 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfirliyi Ermənistan KİV-in RF vətəndaşının Kəlbəcərdə girov götürülməsi ilə bağlı məlumatına şərh verməkdən çəkinib.
Rusiya səfirliyi RF vətəndaşının Kəlbəcərdə girov götürülməsi ilə bağlı şərh verməkdən  çəkinib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Səba Ağayeva/

Rusiyanın Azərbaycandakı səfirliyi Ermənistan KİV-in RF vətəndaşının Kəlbəcərdə girov götürülməsi ilə bağlı məlumatına şərh verməkdən çəkinib.

Hazırda səfirlik göstərilən məsələni heç cür şərh etmir. Bunu çərşənbə günü Trend-ə diplomatik missiyanın attaşesi Alyona Zolotoryova bildirib.

Bir müddət əvvəl Ermənistan KİV-i erməni silahlılarının işğal etdikləri ərazilərdə Azərbaycan vətəndaşlarını saxladıqları barədə məlumat yaymışdılar. Həmin şəxslər KİV tərəfindən hərbi qulluqçu kimi təqdim edilmişdi, lakin Azərbaycan Müdafiə Nazirliyi bu şəxslərin Azərbaycan SQ-nə aid olduğu barədə məlumatı təkzib etmişdi. Bunu internetdə yerləşdirilən videomaterialalr da sübut edir.

Ermənistan KİV-in məlumatına görə, girovlardan biri Rusiya vətəndaşıdır.

Barələrində Ermənistan KİV-ində yazılar, eləcə də foto və video materiallar yayılan Kəlbəcər rayonunu ərazisində girov götürülmüş Azərbaycan vətəndaşlarının gələcək taleyi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti